Gürcüstan Prezidenti Mixail Saakaşvili iki gündən sonra Azərbaycana gələcək. Trend-in məlumatına görə, bu barədə Saakaşvili daxili siyasət məsələləri üzrə Avropa komissarı Sesiliya Malmström ilə birgə keçirdiyi brifinqdə deyib.
“Biz iki gündən sonra nümayəndə heyəti ilə Bakıya səfər etmək niyyətindəyik”, – Prezident qeyd edib.