Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, notada 1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş “Qara yanvar” kimi tanınan hadisələrə istinadən bildirilib ki, Kolumbiya Xarici İşlər Nazirliyi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir.