Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 1-də Bağdad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İraq Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 2012-ci il dekabrın 1-də Bağdad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İraq Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətini xəbərdar etməlidir.