Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti və Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevral 3-də xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti və Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç ilə görüşüb.
Görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığınıən hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycan-Serbiya ikitərəfli münasibətləri müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Trend.az