Türkiyə İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrində iştirak etmək istəyir

Türkiyə İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrində iştirak etmək istəyir. APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 49-cu Münhen Təhlükəsizlik Konfransında bildirib.

Ə. Davudoğlu Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla İranla nüvə müzakirələrinin “5+3” formatında davam etdirilməsini təklif edib.

Bununla belə, Türkiyə XİN rəhbəri İsrailin bu təklifin ardından müzakirələrdə iştirak etmək istəyinə qarşı çıxıb: “Rəsmi Təl-Əviv Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşmasına (NPT) qoşulmayıb və ilk olaraq bu müqaviləyə hörmət etməlidir”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO