İran “Bank Melli İran”ın keçmiş icraçı direktoru barəsində beynəlxalq axtarış elan edib

İran “Bank Melli İran”ın keçmiş icraçı direktoru Mahmudrza Xavəri barəsində beynəlxalq axtarış elan edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, “Bank Melli İran”dan və daha bir neçə bankdan 2,8 milyard dollara yaxın pul mənimsənilib.

2011-ci il sentyabrın 27-də “Bank Melli İran”ın icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO