Seçki kampaniyasına 1 milyard dollar xərcləyən namizədlər Barak Obama və Con Makkeyn ölkə tarixinin rekorduna imza atıblar
Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçiriləcək. Demokratlar Partiyasından prezidentliyə namizəd Barak Obama respublika rəqibi Con Makkeyni seçkiyə qədərki kampaniyada qabaqlayır. Müxtəlif təşkilatların apardığı rəy sorğularına əsasən, qara dərili namizəd bütün sahələrdə öz rəqibini arxada qoymağa müvəffəq olub. 21 aylıq seçki kampaniyasının nəticəsi olaraq, Barak Obamanın üstünlüyü 7-8 faiz təşkil edir. Qeyd edək ki, seçkiyə 3 gün qalmış namizədlər arasında fərq bir qədər azalaraq, 5 faizə düşmüşdü. Barak Obamanının Ohayo və Florida da daxil olmaqla 8 əsas ştatdan 6-da irəlidə olduğu bildirilir.
Bu arada Barak Obama və Con Makkeyn seçki kampaniyasını hətta seçki günü də davam etdirmək barədə qərar qəbul ediblər. Demokratların namizədi, rəy sorğularında irəlidə olmalarına baxmayaraq seçiciləri səsverməyə biganə münasibət bəsləməməyə çağırıb. Con makkeyn isə rəqibinin ondan irəlidə olmasına əhəmiyyət verilməməsinə və tərəfdarlarını sona qədər mübarizə aparmağa çağırıb.
Birləşmiş Ştatlarda prezident seçkiləri noyabr ayının ilk çərşənbə axşamı keçirilir. Seçkilərdə qalib tərəf səslərin hesabına görə müəyyən edilmiş. Bura həmçinin ölkədəki hər bir seçicinin səsinin toplanması da aid deyil. Seçkilərdə əsas söz haqqına seçicilər kollegiyası sistemi cavabdehdir. Hər ştatdan bu kollegiyada müxtəlif sayda nümayəndəninin olması mümkündür. Ümumilikdə seçiciliər kollegiyasının 538 səsi var. Bu halda isə prezidentliyə namizədin sadə çoxluğu, təxminənən 270 səsi toplaması lazımdır.
Xatıraladaq ki, Barak Obama və Con Makkeyn seçki kampaniyasına birlikdə 1 milyard dolara yaxın pul xərcləyiblər. Bununla da Birləşmiş Ştatlar prezident seçkiləri ölkə tarixinin ən bahalı seçkiləri adını qazanıb. Bununla da namizədlərin hər səs üçün 8 dollar xərclədiyi məlum olub. /ANS PRESS/