Uruqvayla Azərbaycan arasında diplomatik vizanın aradan qaldırılması ilə bağlı saziş təsdiqlənib

Milli Məclis bugünkü iclasında Uruqvayla Azərbaycan arasında diplomatik vizanın aradan qaldırılması ilə bağlı layihə qəbul edib.
Trend-in məlumatına görə, bu, “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsidir.

Layihə barədə məlumat verən Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, sənəd iki ölkə arasında rəsmi şəxslərin səfərləri, onlar arasındakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar yaradacaq.
Sənəd səsə qoyularaq qəbul olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO