Almaniyanın Azərbaycandakı səfiri Eynulla Fətullayevin ittihamlarına cavab verdi

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Eynulla Fətullayevin yanvarın 29-da keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi ittihamlara cavab verib.
Səfirlikdən Trend-ə daxil olan məlumatda deyilir ki, səfir Fətullayevin bu günədək Almaniyada keçirdiyi konfrans haqqında sohbət etməyə dair səfirin xahişinin cavablandırılmamasına təəssüf etdiyini bildirib.

“Mənim 16 yanvar tarixli xahişimi cavablandırmamısınız. Bunun əvəzinə yanvarın 29-da mətbuat konfransında siz Almaniya səfirliyi və Almaniya Xarici İşlər Nazirliyinə qarşı bir sıra ittihamlar irəli səsləndirmisiniz. Bu ittihamlar tərəfinizdən ictimaiyyətə təqdim edildiyindən və həqiqətəuyğun olmadığından təəssuf ki, mənə də ictimaiyyətə çatdırmaqla sizə etiraz etməkdən başqa seçim qoymursunuz”, – səfir bildirib.
Səfirliyin məlumatında qeyd olunur ki, “Amnesty International” Almaniya federal hökumətindən heç bir maliyyə dəstəyi almır.
“Almaniya Xarici İşlər Nazirliyi heç bir zaman “Amnesty International”, “Black Sea Trust” və ya “Open Society Institute” təşkilatlarına sizinlə əməkdaşlığa son qoymaq və ya konfransa dəvət olunan natiqlərin konfransa gəlməmələri üçün təzyiq
gostərməyib”, – məlumatda qeyd olunur.
Bildirilir ki, həmçinin Bakıdakı Almaniya səfirliyi də konfransın iştirakçıları, natiqləri və güman olunan sponsorlarına heç bir təsir gostərməyib.
“Black Sea Trust” təşkilatı tərəfindən maliyyəşmə haqqında dediklərinizin yalan olduğu məlum olan kimi, təbii ki, bu məlumat bizə sorğu ilə muraciətlərin daxil olduğu zaman üçüncü tərəfə də bildirilib. Səfirlik konfransın əsas mövzusunun Almaniya olduğunu öyrənərkən, biz yalnız əvvəlcədən digər məlumatların, natiqlərin siyahısını və tədbirin planını gondərməyinizi xahiş etmişdik. Bizim kecmişdə sizinlə etimad əsasında əməkdaşlıq etdiyimizi nəzərə alaraq, mən belə bir xahişi təbii hesab edirəm”, – səfir qeyd edib.
Qeyd edək ki, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev yanvarın 29-da keçirdiyi mətbuat konfransında “Amnesty International” təşkilatının İctimai Birliyin Almaniyada keçirdiyi araşdırmaya qarşı çıxdığını, eyni zamanda, Almaniya hökumətinin araşdırma ilə bağlı keçirilən tədbirə maneə törətdiyini, İctimai Birliyin sponsorlarına təzyiq göstərdiyini, həmçinin “Amnesty International” təşkilatının əsasən Almaniya tərəfindən maliyyələşdirildiyini iddia edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO