Türkiyə Prezidenti Abdulla Gül dünən 15 min 400 məhbusa şamil edilən amnistiya haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat yayıb. Onlardan 400 nəfəri ağır xəstədir. Dustaqlar bu gündən başlayaraq həftə ərzində azad ediləcəklər. Sərəncam Türkiyənin altı vilayətindəki həbsxanaların məhbuslarına şamil edilib.