Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsi Azərbaycan ilə arxivlər sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu barədə Trend cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir. Komitə Azərbaycan ilə sazişdən başqa, Türkmənistanla arxivlər sahəsində, Sinqapurla isə səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişləri ratifikasiya edib.