Con Kerri Cənubi Qafqazda sülh və stabilliyin təmin olunmasına dair Obamanın siyasətini davam etdirəcək

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart Con Kerrinin dövlət katibi postuna namizədliyinin təsdiqlənməsi və bu hadisənin ABŞ-ın regiona münasibətdə xarici siyasətinə təsiri barədə APA-nın sualını belə cavablandırıb. “Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə, ABŞ yenə də ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə nizamlanması yolunu tapmaqda tərəflərə köməklik göstərmək cəhdlərini dəstəkləmək xəttinə sadiqdir. Münaqişənin nizamlanmasına yalnız sülh danışıqları yolu ilə nail olmaq olar”.
Xatırladaq ki, ABŞ Senatı Con Kerrinin dövlət katibi postuna təsdiqləyib, o gələn həftədən vəzifəsinin icrasına başlayacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO