Ötən gecə Türkiyənin Van şəhərində yenə zəlzələ baş verib. Yeraltı təkanların gücü Rixter cədvəli üzrə dörd bal təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı “Sabah” qəzeti xəbər verib. Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasından və Zəlzələlərin Araşdrılması İnstitundan verilən məlumatlara görə, zəlzələ yerli vaxtla 3:45-də beş kilometr dərinlikdə baş verib.
Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.