Gürcüstan Məhbusları Əfvetmə Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir.
Əvvəlki komissiyanın rəhbəri Yelena Tevdoradze yeni komissiyada vəzifəsini saxlamışdır.
On bir nəfərlik komissiya üzvlərindən biri azərbaycanlıdır. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin müşaviri Mübariz Qarayev komissiyanın üzvü seçilmişdir.