Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrini sərhədlərin dəyişdirilməsinə yol verməməyə və Helsinki Aktının əsas prinsiplərinə riayət etməyə çağırıb. APA-nın məlumatına görə, S. Lavrov bu fikirləri keçirdiyi mətbuat konfransında Balkanlarda münaqişələr ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib. “Avropada sərhədlərin dəyişdirilməsi məsələsinə gəldikdə bunu deməyi zəruri sayıram – bütün dövlətlər Helsinki Yekun Aktının əsas prinsiplərinə dönmədən riayət etməlidirlər”, – deyə S. Lavrov vurğulayıb.
Apa.az