Maykl Hankok (Birləşmiş Krallıq) – Azərbaycan dövlətindəki durumu və məruzənin düzgünlüyünü müzakirə etmək üçün 4 dəqiqə kifayət qədər uzun müddət deyildir. Biz ilk növbədə məruzənin mahiyyəti barəsində danışmalı və onun yaranma səbəblərini araşdırmalıyıq. O bizə Azərbaycandakı vəziyyət haqqında nə deyir? Orada digər ölkələrdən fərqli bir şərait varmı? Məruzənin başlığının dəyişdirilməsi maraqlı olardı, belə ki, “Azərbaycan” sözü eyni mövzuların narahatlıq doğurduğu digər 10 ölkədən hər birinin adı ilə əvəz oluna bilər. Həmin ölkələrdəki durum məruzədə olduğu kimi göstərilməmişdir. Orada cüzi ədalətsiz məqamlar görünməkdədir. Belə ki, Monitorinq Komitəsinin dövlətin yerli seçkilərin təşkil edilməsində Avropa Şurasının öhdəlik və standartlarına cavab verməkdə yenidən müvəffəqiyyətsizliyə uğramasıı haqqında qeydləri yekun hissədə qeyd olunmuşdur. Nə vaxta qədər seçkidən dönən müşahidəçilər onun azad və ədalətli olmasını iddia edəcəklər? Lakin, biz dövlətin Avropa Şurasına üzv olmasını təsdiq etməyə davam edirik və əsas tələblərin əslində nə olduğunu söyləməyərək tənqidetmə oyunu oynayırıq. Siyasi məhbus məsələsinə gəldikdə isə qəribə haldır ki, öz giriş şərhində məruzəçi məhbuslarla görüşən zaman onların cinayət törətməsinə dəlalət edən sübutların göründüyünü qeyd etmişdir. Əgər belə bir dəlil varsa, dövlət, təhlükəsizlik qüvvələri yaxud polis jurnalistlərin həbs edilməsinə, yaxud, onların saxlanılması və ittiham edilməsinə gətirib çıxaran cinayətləri araşdırmalıdır. Biz bir cümlə ilə onların siyasi məhbus olduqlarını deyə, digər cümlə ilə onların cinayət törətməsini təsdiqləyən dəlillərinin aşkar edilməsini iddia edə bilmərik. Bunlar bir-biri ilə uyğunluq təşkil etmir: heç bir ölkədə siyasi məhbuslar olmamalıdır. Məhkumların hamısı cinayət qanunlarına əsasən cinayət törətməkdə ittiham edilən şəxslər olmalıdır və onların cinayət işlərinə hökm çıxaran məhkəmələrdə baxılmalıdır. Onlar həqiqətən də siyasi məhbusdurlar yoxsa siyasi məhbus deyillər. Biz müxtəlif cinayət növlərini əsas gətirərək, fakta qarşı bəhanələr irəli sürməyə çalışmamalıyıq. Dövlətin istənilən cinayətin qarşısını almaq üçün tədbirlər görmək hüququ vardır.
Mən bu günlərdə Azərbaycanda oldum və orada baş verən dəyişikliklərlə, eləcə də dövlət sərvətinin paylanılma forması mənə pis təsir etdi. Belə sərvətə malik olan digər ölkələrdə daha yaxşı işlər görülmüşdür. Mən qeyri-hökumət təşkilatının siyasi məhbuslarla bağlı konfransında iştirak etdim və orada jurnalistlərin mənə sərbəst və aydın şəkildə Azərbaycandakı vəziyyət haqqında suallar verməyə və konfransda təqdim edilmiş faktlara dair fikirlərimi öyrənməyə çalışmaları məni təsirləndirdi. Maraqlı burasıdır ki, təqdim edilmiş dəlillərin bəziləri iclasda “Biz bu iş haqqında məlumatlıyıq, lakin siz də bu şəxslərin digər yerlərdə törətdikləri hadisələr haqqında bilməlisiniz” deyə fakir söyləyən jurnalistlər tərəfindən rədd edilirdi.
Azərbaycanın üzərində möhkəm dayanmaqla, biz çox ehtiyatlı davranmalıyıq. Biz azərbaycanlılara bu təşkilata daxil olmağa imkan yaratmışıq. Biz onlara kömək etmişik. Orada bəzi məqamların dəyişdirilməsinə ehtiyac vardır və dövlət bunun üzərində işləməkdədir. Mən elə indicə Monitorinq Komitəsinin görüşündə idim və bizim qanunda dəyişikliklərin ilkin mərhələsinə başlamadığımızı hiss etdim. Biz istərdik ki, Azərbaycanın prosesə artıq başlamasını təsdiqləyək, lakin təəssüf ki, biz pulların yuyulması məsələsinin qarşısının alınmasında da müvəffəqiyyətsizliyə uğradıq. Biz ikili standartlara malik olmamalıyıq. Biz hər bir dövlətə eyni qaydada yanaşmalıyıq və son bir neçə ildə digər ölkələrdə müşahidə edilən şübhəli məqamları Azərbaycana münasibətdə də qeyd etməliyik.
Leonid Slutski həmməruzəçilərə apardıqları işə və hazırladıqları yüksək səviyyəli məruzəyə görə təşəkkür etdi. O qeyd etmişdir: „Aşkar şəkildə görünürdü ki, Azərbaycanın demokratik cəmiyyəti inkişaf etmişdir və eyni zamanda da iqtisadi irəliləyişə nail olunmuşdur. O keçən il xeyli sərbəstlik əldə etmişdir və yerli kapitalın sayı əcnəbi kapitalı üstələmişdir. Çadır düşərgələrindəki minlərlə insan sığınacaqla təmin edilmişdir. İqtisadi artım da əhəmiyyətli dərəcədə görünməkdə idi. Lakin bununla belə orada korrupsiyanın mövcudluğu da bir həqiqətdir. Azərbaycan hökuməti bu problemi həll etmək üçün tədbirlər görür, lakin bütün problemləri dərhal həll etmək iqtidarında deyil“.
Azərbaycan Respublikasının prezidenti Assambleyanın tövsiyələrindən xəbərdar idi. Televiziya və radio yayımı, dövlət qulluğuna dair qanuna dəyişikliklər edilmişdir. Azərbaycan Parlamenti Avropa Şurası ilə birgə fəaliyyət göstərmişdir. Zəruri məsələlər həll edilməlidir və Monitorinq Komitəsi bu prosesə kömək etməlidir. Hakimiyyət nümayəndələrinə spesifik şəxslərin azad edilməsi ilə bağlı müraciətlərin edilməsi düzgün hesab oluna bilərmi? Bu hakimiyyət nümayəndələrinin özlərindən və məhkəmələrdən asılıdır. Üçüncü tərəflər bu işə müdaxilə etməməlidir. Bu şəxslərin işlərinin lazımınca araşdırılmasına ehtiyacı vardır. O, bildirmişdir ki, bu məsələyə dair tənqidlər çox kəskin xarakterli idi. Dövlət və dövlət başçısı monitorinqlərin aparılması sayəsində çox böyük nailiyyətlər əldə etmişdir. O, hökümət nümayəndələrinə, birgə əməkdaşlıq üçün, minnətdarlıq bildirdi.
Fransua Lonkl (Fransa) bildirmişdir ki, Komitə həmməruzəçilər tərəfindən görülmüş işləri yüksək qiymətləndirir. Lakin o, M.Hankokun təklifləri ilə razıdır. 15 oktyabrda keçiriləcək seçkilər demokratik proseslərə təminat verən effektiv normalara müvafiq olaraq keçirilməlidir. Seçki kampaniyası zamanı siyasi partiyalara təmənnasız və ədalətli şərtlərlə verilən efir vaxtının düzgün bölüşdürülməsi təmin edilməlidir. Vaxtilə bu problem Assambleyadakı əksər ölkələr üçün də xarakterik olmuşdur. Assambleyadakı siyasi qüvvələr kütləvi informasiya vasitələrinə nəzarət etməyə cəhd etmişlər. Müxalifətin kütləvi yığıncaqlar təşkil etmək hüququna zəmanət verilməlidir.
Azərbaycan eyni zamanda korrupsiyanı aradan qaldırmaq və müstəqil məhkəmə hakimiyyəti yaratmaq idtiqamətində səylərini də möhkəmləndirməlidir. Lakin Azərbaycan bunu təkbaşına edə bilməz. Azərbaycan, digər dövlət və təşkilatlarla əməkdaşlıq sayəsində, bunu etmək iqtidarındadır. Məruzə yüksək səviyyədə idi. Müxtəlif nöqteyi-nəzərlərdən yanaşılan və həmçinin, Qətnamədə də vurğulanan əsas məsələ odur ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi mövcuddur və sabit demokratik inkişaf edən bu cəmiyyətdə mürəkkəb proseslər baş verir. Azərbaycan da daxil olmaqla, heç bir dövlət müvafiq BMT Qətnaməsini yerinə yetirməmişdir. Üzv ölkələr, o cümlədən də Rusiya, ABŞ və Fransa, bu işdə passiv iştirak edirlər. Onlar münaqişəyə son qoymaq barədə razılaşmaya dair son nəticəyə gəlməmişlər.
Çıxış
Demokratik inkişaf edən bu cəmiyyətdə mürəkkəb proseslər baş verir