Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki (Polşa) qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.