80 milyon manatı mənimsəməkdə təqsirləndirilən Adil Mikayılov azadlığa buraxılıb

80 milyon manatı mənimsəməkdə təqsirləndirilən Adil Mikayılov azadlığa buraxılıbAzərbaycan Beynəlxalq Bankından 80 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilərək həbs olunan, günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov azadlığa buraxılıb. Bu barədə Trend-ə A.Mikayılovun vəkili məlumat verib.

Vəkil bildirib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə A.Mikayılov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” ilə əvəzlənib və o azadlığa buraxılıb.

A.Mikayılovun həbsxana şəraitində səhhətində problemlərin olduğunu deyən vəkil bildirib ki, müvəkkili hazırda ev şəraitində müalicə olunur.

Qeyd edək ki, Azərbaycanda günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov Azətbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində götürdüyü krediti mənimsəməkdə təqsirləndirilərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 31 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO