8 Martda hava necə olacaq?!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 8-də Bakıda və Abşeron yarımadasında əsasən axşam və gecə havanın bəzi yerlərdə yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında martın 8-də gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO