28 May – Respublika Günü Vaşinqtonda təntənəli qeyd olunub

28 May - Respublika Günü Vaşinqtonda təntənəli qeyd olunubRespublika Günü Vaşinqtonda minə yaxın qonağın iştirakı ilə təntənəli surətdə qeyd olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ paytaxtının meri 28 mayı Azərbaycanın Milli Günü elan edib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Vaşinqtonda Respublika Günü və eləcə də qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə təntənəli ziyafət təşkil edilmişdir. ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan “EndryuMelonAuditorium”da (AndrewMellonAuditorium) baş tutmuş ziyafətə ABŞ Administrasiyasının məsul rəsmiləri, ABŞ hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri və nəhayət, azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri daxil olmaqla minəyaxın qonaq qatılıb.

Tədbirin əvvəlində Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşlıq etdiyi Vaşinqton şəhərinin “Takoma Təhsil Mərkəzi”ninazyaşlı şagirdlərindən ibarət xorun ifasında ABŞ və Azərbaycan Respublikasının dövlət himnləri səslənmişdir.

Ziyafətdə açılış sözü ilə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 98 il öncə müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu xatırlatmış və 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Demokratik Respublikasının əvəzsiz bir miras buraxdığını bəyan etmişdir. Həmin qısa müddət ərzində Azərbaycan səsvermə hüququ başda olmaqla, müxtəlif mütərəqqi ideyaları təşviq etmişdir. Səfir 25 il əvvəl Azərbaycan xalqının müstəqillik qazandıqdan sonra yenidən eyni amal və məramlara sadiq qaldığını vurğulamışdır.

O, bu gün Azərbaycanın möhkəm dövlətçilik ənənələri qazanmış, müstəqilliyinə qətiyyətlə bağlı və eyni zamanda müxtəlif sahələrdə böyük yaradıcılıq nümayiş etdirən bir ölkə olduğunu bildirmişdir.

ABŞ-ın Azərbaycanın müstəqilliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirmiş Elin Süleymanov iki ölkə arasında mövcud münasibətlərin əhəmiyyətini qeyd etmişdir. Azərbaycanda hökm sürən dözümlülük mühitinə toxunan səfir bunun ölkəmiz və onun rəhbərliyinin şüurlu seçiminin nəticəsi olduğunu ifadə etmişdir.

O, bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan olunduğunu göstərmişdir.

Bundan başqa çıxışı əsnasında Elin Süleymanov iki gün öncə Trans-Adriatik qaz kəmərinin (TAP) təməlqoyma mərasimini tarixi hadisə kimi xarakterizə etmişdir. Səfir nəhayət aprelin ayının əvvəllərində Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasına toxunaraq, beynəlxalq hüququn pozulması və ərazi bütövlüyünə hörmət edilməməsinin törətdiyi ağır nəticələr və daşıdığı davamlı təhlükəni qeyd etmişdir. O, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüququn prinsiplərinə əsaslanan bir həll tapılmalı olduğunu bəyan etmişdir.

ABŞ Administrasiyası adından nitq söyləmiş dövlət katibinin köməkçisi vəzifələrini icra edən səfir ConHeffern Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmiş və ABŞ və Azərbaycan arasında enerji başda olmaqla müxtəlif sahələrdə formalaşmış möhkəm tərəfdaşlıq barədə danışmışdır. O, həmçinin iqtisadi sahədə əməkdaşlıq, o cümlədən müasir İpək Yolunun bərpası üzrə aparılan işləri qeyd etmişdir. Amerikalı diplomat eyni zamanda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səylərdən bəhs etmiş və bu baxımdan bir neçə gün öncə dövlət katibi ConKerrinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin Vyana görüşünə istinad etmişdir. ConHeffern münaqişənin sülh yolu ilə həllinə hökumətinin dəstəyini bir daha bəyan etmişdir.

Bundan sonra Vaşinqton şəhərinin meri xanım MurielBauzerin (MurielBowser) adından Kolumbiya mahalının katibi LaurenVoqan (Lauren C. Vaughan) 28 mayın Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan edilməsinə dair Bəyannaməni ziyafət iştirakçılarına oxumuşdur.

ABŞ-ın Milli Qvardiya Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanın tərəfdaşı olan Oklahoma Ştatının milli qvardiyasını təmsil etmiş briqada generalı Tomas Raynölkəmizlə 14 ildən bəri davam edən məhsuldar əməkdaşlığı təqdir etmiş və Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmişdir.

Çıxışların ardınca natiqlər və tədbirə qatılmış yüksək rütbəli iştirakçıların müşayiətində qonaqlar öz qədəhlərini Azərbaycan-ABŞ dostluğunun uğuruna qaldırmışlar.

Ziyafətin mədəni hissəsində qonaqlara Vaşinqtonda fəaliyyət göstərən “Silk RoadDanceCompany” rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş etdirilmiş və eləcə də onlara rəngarəng musiqi proqramı təqdim edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO