Şamaxıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da Qarabağ müharibəsi əlillərinin və şəhid ailələri üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında tikinti işləri artıq yekunlaşıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin “APA-Economics”ə verdiyi məlumata görə, hazırda binaya xarici xətlərin (işıq, qaz, su) çəkilməsi üçün müvafiq qurumlarla birgə işləri görülür: “Yaxın zamanlarda yaşayış binasının Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan mənzillərin bölgüsü rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən nazirliyə təqdim edilmiş və nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçirilir. Şamaxı rayonunda inşa edilmiş binadakı mənzillər də rayon İH tərəfindən 11 aprel 2014-cü ildə Nazirliyə təqdim olunmuş növbəlilik siyahısına uyğun şəkildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO