Bakıda hakimlər üçün təlim keçirilir

Bakıda hakimlər üçün sığınacaq axtaranların himayəsi ilə bağlı təlim keçirilir.
Təlim Avropa Birliyi tərəfindən maliyyələşdirilən və İCMPD tərəfindən icra edilən MOBİLAZE layihəsinin 4-cü – “Sığınacaq verilməsi qərarlarının qəbulu prosesinin təkmilləşdirilməsi komponenti” çərçivəsində təşkil olunub.
Layihənin rəhbəri Elnur Nəsibov bildirib ki, iki gün davam edəcək təlimin məqsədi hakimlərin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin Beynəlxalq Qaçqın Hüququ çərçivəsində geri qaytarmamaq prinsipi, məhkəmə prosesi zamanı sığınacaq axtaranlar üçün prosedur təminatları, daxil edilmə hallarının yoxlanılması, sübutların və dəlillərin qiymətləndirilməsi mövzuları üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.
Sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis məruzə ilə çıxış edib. O, dünyada və Azərbaycanda qaçqınların sığınacaq almaqla bağlı vəziyyəti, onların məhkəmə prosesləri barədə danışıb.

Təlimdə 1 və 2 saylı Bakı İnzibati-İqtisad məhkəmələri, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsinin hakimləri iştirak ediblər.

APA

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO