YUNESKO komitəsinin sessiyasında erməni işğalının da əks olunduğu hesabat qəbul edilib

YUNESKO komitəsinin sessiyasında erməni işğalının da əks olunduğu hesabat qəbul edilib30 noyabr – 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, sessiya çərçivəsində Azərbaycanın YUNESKO-ya təqdim etdiyi ölkəmizdə qeyri-maddi mədəni irsin vəziyyətini, ölkədaxili və xaricində həyata keçirilən təbliğat-təşviqat tədbirləri, bütün qeyri-maddi mədəni irs nümunələrini, xüsusilə YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş irs nümunələrinin qorunması və inkişafı üçün dövlət tərəfindən həyata keçirilmiş fəaliyyətləri əks etdirən beşillik ölkə hesabatı müzakirə edilib.

Komitə üzvlərinə təqdim edilən hesabat kifayət qədər müfəssəl hazırlanıb, qaldırılmış sualları ətraflı cavablandırıb, eyni zamanda bütün ölkə ərazisində beşillik dövrdə həyata keçirilmiş tədbir və layihələri tam əks etdirib və ən əsası, hesabat keçmiş və gələcəyin inkişaf planları arasında ciddi bağlılığı qoruyur.

Hesabatda, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qeyri-maddi mədəni irsimizə dəymiş ziyanı, habelə bu işğalçılıq nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda öz doğma yurdlarını tərk etmə məcburiyyətində qalmış və hazırda Azərbaycanın digər ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərimizin öz qeyri maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında çətinliklər əks olunub, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, qeyri-maddi mədəni irsin inkişafına və qorunmasına mənfi təsir göstərməklə yanaşı, bu ərazilərdə yaşayan azərbaycanlıların intellektual mülkiyyət hüquqlarının pozulması ilə nəticələnib.

Müzakirələrin sonunda Azəbaycanın beşillik hesabatı qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO