İlham Əliyev Mixeil Saakaşvilini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Gürcüstanın milli bayramı – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək yeni məzmun kəsb etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı, xalqlarımızın rifahı, ölkələrimizin çiçəklənməsi, regionumuzda tərəqqi və sabitliyin bərqərar olması naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

İlham Əliyev Mixeil Saakaşviliyə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Gürcüstan xalqına sülh və rifah arzulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO