Küveytdə 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib


28 May – Respublika Günü münasibətilə əl-Küveyt şəhərində Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən rəsmi qəbul keçirilib. Tədbirdə həmyerlilərimizin “Vətənsevər” cəmiyyətinin üzvləri, diplomatik korpusun nümayəndələri, əcnəbi və yerli qonaqlar, o cümlədən Küveyt Dövlətinin bir sıra rəsmi şəxsləri, o cümlədən Küveytin təhsil naziri Nayif Fələh əl-Hacraf və hakim ailənin üzvləri iştirak ediblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin sonunda səfir T.Rzayev və nazir Nayif Fələh əl-Hacraf jurnalistlər üçün mətbuat konfransı keçiriblər. Səfir T.Rzayev Azərbaycanla Küveyt arasındakı əlaqələrin inkişafından söz açaraq bildirib ki, iki dost ölkə arasında əlaqələr həm siyasi, həm də digər bütün sahələrdə çox yüksək səviyyədə inkişaf etməkdədir. O, həmçinin əl-Hacrafa ölkəsinin Azərbaycana göstərdiyi qayğı və dəstəyə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqeyə, eləcə də beynəlxalq təşkilatlardakı səsvermələr zamanı Azərbaycan tərəfinin haqlı mövqeyini dəstəklədiyinə görə başda Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah olmaqla Küveyt Dövlətinə və xalqına dərin minnətdarlığını bildirib.

Əl-Hacraf da, öz növbəsində, Küveyt-Azərbaycan əlaqələrindən bəhs edərək bu əlaqələrin inkişafında hər iki dövlət başçısının mühüm rol oynadığını xüsusilə vurğulayaraq, Küveytin bundan sonra da bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini, daima ölkəmizin yanında olacaqlarını qeyd edib.

Tədbir Küveyt mətbuatında da geniş işıqlandırılıb. Belə ki, çoxtirajlı və geniş oxucu kütləsinə malik ərəbdilli “əl-Ray”, “əl-Qabas”, “əl-Vasat”, “əl-Nahar”, “əl-Ənbə”, “əl-Siyəsə” və ingilisdilli “The Times” kimi qəzetlərdə tədbirlə bağlı məqalə və fotoşəkillər dərc olunub, KTV-1 və “əl-Kut” televiziyalarında reportajlar verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO