İran prezidentliyinə mühafizəkar namizədlər vahid namizədə dəstək üçün birləşəcəklər

İran prezidentliyinə mühafizəkar namizədlər vahid namizədin dəstəyi üçün birləşəcəklər. Trend-in məlumatına görə, bunu bazar ertəsi “Fars” agentliyi Baş Müfəttişlik Təşkilatının rəisi, prezidentliyə namizəd Mustafa Purməhəmmədinin çıxışına istinadən xəbər yayıb.
Bu barədə Purməhəmmədi Mazandaran Universitetində tələbələr qarşısında çıxışı zamanı bəyan edib.
İranda qarşıdakı prezident seçkilərində namizədlər siyahısına iki qrup daxildir: İlk qrup Qulaməli Həddad Adil (parlamentin keçmiş spikeri), Məhəmməd Bağır Halibafa (İran polisinin keçmiş komandanı və Tehranın hazırkı meri) və Əli Əkbər Vilayətinin (Ali liderin beynəlxalq məsələlər üzrə müşaviri) daxil olduğu “Üçlər ittifaqı”dır.
İkinci qrupa isə Mənuçöhr Möttəki (Əhmədinejad hökumətində keçmiş xarici işlər naziri), Mustafa Purməhəmmədi (Baş Müfəttişlik Təşkilatının rəisi), Məhəmməd Rza Bahünər (parlamentin vitse-spikeri), Yəhya Əli İshaq (İran Ticarət Palatasının rəhbəri ) və Məhəmməd Həsən Əbuturabi Fərda (deputat, İran parlamentinin I vitse-spikeri) daxildir.
İranda yeddinci prezidentin seçiləcəyi 11-ci prezident seçkilərinin iyunun 14-də keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Mahmud Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO