Azərbaycan regionda əsas oyunçu olacaq

Azərbaycan xairici işlər nazirinin İsrailə səfəri iki ölkə arasında yaxşı münasibətlərə öz töhfəsini verir. Trend-in bazar ertəsi “Jerusalem Post” nəşrinə istinadən verdiyi məlumata görə, bunu İsrail Prezidenti Şimon Peres Elmar Məmmədyarovla görüşündə deyib.
“Bu, tarixi səfərdir” , – Peres qeyd edib.
Məmmədyarov yəhudi icmasının beş üzvü və parlament deputatlarından ibarət nümayəndə heyəti ilə İsrailə səfərə gəlib.
Məmmədyarov, öz növbəsində qeyd edib ki, Azərbaycan multi-mədəni cəmiyyəti olan müstəqil və çiçəklənən ölkədir. Onun sözlərinə görə, Bakı mehriban qonşuluq münasibətlərinə qətiyyətlə inanır.
“Buna baxmayaraq, həlli uzanan münaqişə və ərazimizin işğal edilməsi səbəbindən hələ də Ermənistanla problemləri var”, – nazir deyib.
Məmmədyarov ümid etdiyini bildirib ki, ermənilər yaxşı qonşuluğun işğal prinsipinə əsaslana bilməyəcəyini başa düşüblər.
“İsrail ilə yaxşı münasibətlərimizin olması səbəblərindən biri də ondan ibarətdir ki, siz problemlərimizi tanıyırsınız”, – o deyib.
Peres əlavə edib ki, Azərbaycanın indiki Prezidenti ilə tanışdır, həmçinin onun atasını tanıyıb. Peres bildirib ki, Azərbaycanın öz qanunları olan və heç kimə tabe olmayan ölkə olması üçün hər şey edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə fəxr edib.
Peres əmin olduğunu bildirib ki, Azərbaycan öz geosiyasi regionunda əsas oyunçu olacaq və ölkənin insan kapitalı və təbii resurslar, hazırda inkişaf edən elm və texnologiyalara əsaslanmış böyük gələcəyi var.
İsrail Prezidenti, həmçinin Azərbaycanın siyasi elitası və yəhudi icması arasında münasibətlərin yüksək səviyyəsini qeyd edib.
Şimon Peres bəyan edib ki, Azərbaycan terror və müharibəyə qarşı dəqiq mövqe tutur, həmçinin terror və zorakılıqdan hələ də azad olmayan qaynar regionlarda sülh görmək istəyir.
Prezident sülh siyasəti, müstəqillik və mədəniyyətinə görə Azərbaycanı yüksək qiymətləndirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO