Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə tətbiq olunan cərimə ləğv edildi

Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliyi təqdim edərək bildirib ki, artıq Azərbaycanda “ASAN Xidmət” mərkəzləri fəaliyyətə başlayıb və orada ödəniş etmədən itirilmiş sürücülük vəsiqəsinin yerinə yenisini əldə etmək olar.

Qeyd edək ki, əvvəl qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO