2013-cü il həm Azərbaycan mediası, həm də ölkə cəmiyyəti üçün uğurlu il oldu

Azərbaycan dövləti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ciddi bir sosial siyasət yürüdür. Bu sosial siyasətin tərkib hissəsi, eyni zamanda, Azərbaycan cəmiyyətini yönəldən, cəmiyyətdə insanları informasiya ilə təmin edən, cəmiyyətin milli-mənəvi dəyərlərinin keşiyində duran media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə media nümayəndələri üçün tikilən binadan mənzil almış jurnalistlərə mənzillərin açarlarının və sənədlərinin təqdim edilməsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov hesab edir ki, 2014-cü il həm respublikamız, həm də ev alan jurnalistlər üçün uğurlu bir il olacaq: “Necə ki, 2013-cü il həm Azərbaycan mediası üçün, bütövlükdə ölkə cəmiyyəti üçün, həm də dövlətimiz üçün uğurlu bir il oldu. 2013-cü ildə Azərbaycan dövlətinin inkişafı davam etdi, jurnalistika da daxil olmaqla cəmiyyətimiz inkişaf etdi. Biz 1994-cü ildə neft sahəsində imzaladığımız və ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni Neft Strategiyasının təməlini qoyduğumuz kimi, 2013-cü ildə də ölkəmizin yeni qaz layihəsinə imza ataraq, dünyanın enerji, təbii qaz xəritəsini dəyişməyə səbəb və şərait yaratdıq”.

PA rəsmisi qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olub və Azərbaycan Prezidenti cənab İlham Əliyev xalq qarşısında 10 illik prezidentlik dövrünün hesabatını verib və gələcək inkişafla bağlı irəli sürdüyü seçkiqabağı platforması və bu sahədəki digər fəaliyyətinə görə Azərbaycan xalqı tərəfindən yekdilliklə yenidən – üçüncü müddət üçün Azərbaycan Respublikasının Prezidenti seçilib:

“Bütün bunları qısa formada ümumiləşdirərək qeyd etmək olar ki, biz sözün həqiqi mənasında uğurlu bir ili yola salırıq və ciddi müvəffəqiyyətlər, uğurlar vəd edən yeni bir ili qarşılamağa hazırlaşırıq. 2014-cü ildə bizi mühüm hadisələr, inkişaf gözləyir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO