GUAM-ın baş katibi Azərbaycana gəlir

GUAM-ın baş katibi Valeriy Çeçelaşvili Azərbaycana səfər edəcək. APA-ya GUAM katibliyin tərəfindən verilən məlumatına görə, V. Çeçelaşvili bu gün Bakıya gələcək. Səfərin əsas məqsədi dekabrın 19-20-də Bakıda keçiriləcək GUAM Parlament Assambleyasının beşinci iclasında iştirak etməkdir. GUAM baş katibi Bakıda bir sıra rəsmi görüşlər də keçirəcək.
Qeyd edək ki, GUAM Parlament Assambleyasının beşinci iclasında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
Tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq. İclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər. Toplantıya Azərbaycanın bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunublar.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO