2011-ci ildə Azərbaycan Milli Məclisi 290 qanun və qərar qəbul edib

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bazar ertəsi parlametin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il ümumilikdə parlamentin 30 plenar iclası keçirilib. Muradova qəbul olunmuş qanunlar sırasında keçmiş prezidentlərin və onların ailə üzvlərinin təminatı haqqında qəbul olunmuş Konstitusiya qanunu da qeyd edib.

Vitse-spiker həmçinin bildirib ki, Azərbaycan ötən il öz inkişaf tendensiyasını qoruyub saxlayıb və bu, 2011-ci ildə qəbul olunmuş büdcədə öz əksini tapıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO