Elan (“Yol Polisi”)

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə
Birgə İşçi Qrupunun “Qaynar Xətt” xidməti

01.10.2010-cu il tarixdən 31.10.2010-cu il tarixinə qədər Bakı şəhərini əhatə edəcək “Yol Polisi” şərti adı altında aylıq keçirir. Bununla əlaqədar “Qaynar Xətt” xidməti 01.10.2010-cu il tarixdən 31.10.2010-cu il tarixinə qədər vətəndaşlardan Bakı şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi İdarəsinin, həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarının Polis idarələrinin yol polisi şöbələrinin əməkdaşlarının qanunsuz fəaliyyəti, rüşvət alma və korrupsiya faktları, əsassız protokolların yazılması, vətəndaşların əsassız incidilməsi ilə bağlı şikayətləri qəbul edəcəkdir.

Şikayətlər həm şifahi formada “Qaynar Xətt” xidmətinə zəng vurmaqla, həm də yazılı formada Qaynar Xətt xidmətinə (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küç. 96 (İş Mərkəzinin III mərtəbəsi)) müraciət etmək yolu ilə qeydiyyata alınacaqdır.

“Qaynar Xətt” xidməti

(+994 12) 408-30-17
(+994 12) 408-30-27

Birgə İşçi Qrupu bütün sürücüləri öz hüquqlarını bilməyə və yol hərəkəti qaydalarına riayət etməyə çağırır!

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO