Prezidentin sərəncamları ilə minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi artırılıb

Prezidentin sərəncamları ilə minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi artırılıbAzərbaycan Prezidenti İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” da sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO