BQXK Ermənistanda girovluqda olan Azərbaycan vətəndaşına baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanda girovluqda olan Azərbaycan vətəndaşına baş çəkib. “Biz Eldar Tağıyevə baş çəkmişik, onun haqqında məlumatı ailəsinə və hakimiyyət orqanlarına çatdırmışıq”, – bu barədə çərşənbə günü jurnalistlərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı missiyasının rəhbəri Tun Vandenhov məlumat verib. Tovuz rayon sakini Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Vandenhov bildirib ki, BQXK Tağıyevin ailəsi ilə əlaqə qurmasına kömək edir.

BQXK rəsmisi Azərbaycan tərəfə keçmiş erməni ailəsi ilə bağlı suala cavab olaraq bildirib ki, təmsil etdiyi təşkilat onların leqal statusunu və ya cinayət törətdiklərini müəyyənləşdirmək hüququna malik deyil. “Komitəmizin həyata keçirdiyi iş hər iki tərəfdən girov götürülənlərə baş çəkmək, onların həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları əsasında normal şəraitdə saxlanıb-saxlanmadığı istiqamətində monitorinq aparmaqdır”,- deyə Vandenhov vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO