Səlimov Kamil – Birgə İşçi Qrupunun həmsədri

1973-cü ildən Məhkəmə Ekspertizaları ETİ-da laborant işləmişdir. 1974-cü ildən 1979-cu ilə qədər Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində oxumuşdur. 1979-cu ildən vəkil işləmişdir. 1984-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası sədrinin müavini seçilmiş və 1987-ci ilə qədər həmin vəzifədə işləmişdir. 1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim işləyir. 1992-ci ildən hal-hazıradək bu kafedranın müdiri işləyir. 2000-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.

2004-cü ilin yanvarından “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədridir. Təhlükəsizlik üzrə Cənubi Qafqaz Regional Qrupu İnstitutunun üzvüdür (Gürcüstan). C.Marşal adına Avropa Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi üzrə Hərbi Akademiya və İnstitutlar Konsorsyumu (Almaniya) yanında terrorizmlə mübarizə qrupunun ekspert üzvü və kriminoloq və kriminalistlər cəmiyyətinin üzvüdür (Rusiya Federasiyası). Təhlükəsizlik, mütəşəkkil cinayətkarlıqla və terrorizmlə mübarizənin aktual problemləri, tədqiqat taktikası və operativ-axtarış fəaliyyəti üzrə 80-dən çox elmi işin müəllifidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO