Biz, seçki prosesinin təkmilləşdirilməsi üzrə Azərbaycanla işləməyə hazırıq – DTİHB-nin rəhbəri

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkədə seçki prosesinin təkmilləşdirilməsi üzrə tövsiyələrin icrası məqsədilə Azərbaycanla işləməyə hazırdır. “Bu yaxınlarda Bakıya, ölkədə seçki prosesinin təkmilləşdirilməsinə, o cümlədən, tezliklə – növbəti il keçiriləcək seçkilərə dair tövsiyələrin icrası məqsədilə Azərbaycanla işləməyə hazır olduğumuzu təsdiqləyən məktub göndərmişəm. Belə ki, indi həmin sahənin mükəmməlləşdirilməsi üçün ən münasib vaxtdır”, – çərşənbə günü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Yanes Lenarçiç Afinada jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanda növbəti seçkilərin daha yaxşı olacağına ümid edir. “Mən əminəm ki, Azərbaycan höküməti də bunu istəyir və biz, seçkidən seçkiyə inkişaf müşahidə edəcəyik”, – o deyib. Onun sözlərinə görə, Azərbaycan hələ öz demokratik institutlarının inkişafı yolundadır. “Dövlət öz demokratik institutlarının gücləndirilməsi yolundadır və biz Azərbaycan hakimiyyəti ilə sıx işləyir və çalışırıq ki, bu prosesi lazımi istiqamətdə irəliyə çəkək”, – o deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO