Press – reliz

Son zamanlar İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” Xidmətinə vətəndaşların qanuni maraqlarının təmin edilməsi və dövlət idarəçiliyi sferasında vəzifəli şəxslər tərəfindən bürokratizm və süründürməçilik faktlarının mövcudluğuna dair çoxlu sayda zənglər daxil olmaqdadır. Dövlət məmurlarının vətəndaşlar qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi sahəsində də oxşar faktlar mətbuat səhifələrində də dərc edilir.

Nəzarət instansiya orqanlarının qanun pozuntusu aşkar etməsi və məmurları intizam tədbirləri məsuliyyətinə cəlb etməsi bəzən çox uzun zaman ötdükdən sonra baş verir. Lakin bu faktlara az təsadüf olunur və çox vaxt lazımi effekt vermir.

Mətbuatda qanun pozuntuları ilə bağlı dərc edilən məlumatların analizi göstərir ki, kənara çıxmaların üstünlük təşkil etməsi vəzifəli şəxslərin öz vəzifələrinə səhlənkarlıqla, süründürməçilik və bürokratik formada yanaşmaları ilə bağlıdır.

Dövlət idarəçiliyi sferasında qanunçuluğu xarakterizə edən faktlarla tanışlıq aşağıdakı kimi nəticələnir:

Bunlardan birincisi oldur ki, şikayətlərə baxılma qaydası onun yaxşılaşdırılması üçün görülən tədbirlərinə baxamayaraq, kifayət qədər qənaətbəxş deyil. Vətəndaşların şikayətləri ilə bağlı cavablar əsassız olduğundan onlar yüksək instansiyalı orqanlara əlavə olaraq müraciət etməli olurlar. Vətəndaşların şikayət və ərizələrinə əsassız cavablar verilməsi onların hüquqi instansiyalara müraciət etməsi və Məhkəmələrin yerlərində operativ həll edilə biləcək məsələlərlə həddindən artıq məşğul olmasının əsas səbəblərindən biridir.

İkincisi, vəzifəli şəxslərə və qanun göstərişlərini yerinə yetirməyən təşkilatların işçilərinə heç bir tələb irəli sürülməmişdir ki, bu da məsuliyyətsizlik, qanuna saymazyana yanaşılması və cəzasızlığa gətirib çıxarır.

Üçüncüsü, vətəndaşların özləri və təşkilatlar tərəfindən öz hüquqlarının lazımınca istifadə olunmamasının səbəblərindən biri qanunun pozulmasından əzab çəkən şəxslərin, eləcə də qanunu pozan dövlət orqanları, vəzifəli şəxslər, təşkilatların hüquq mədəniyyətinin aşağı olmasıdır.

Bunu demək düzgün olmazdı ki, təsərrüfat müəssisələri və dövlət orqanlarının fəaliyyətsizliyi və yanlış fəaliyyətindən şikayət edən vətəndaşlar öz hüquq və qanuni maraqlarının yerinə yetirilməsi üçün mübarizə aparmır. Lakin çox vaxt onlar bu mübarizəni müdafiə etdikləri şəxsi hüquqlarının təbiətinə uyğun gələn, onların məqsədə nail olmağa və arzuolunan nəticələrə gətirib çıxaran az qüvvə tələb edən həmin metod və vasitələrlə aparmır.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyi vətəndaşların hüquq və qanuni maraqlarına riayət olunmasına nəzarət funksiyalarını həyata keçirən orqanların fəliyyətini nəzərdə tutur. Beləliklə, vətəndaşlar vəzifəli şəxslərin istənilən fəaliyyəti haqqında Məhkəməyə şikayət edə bilər. Bu məhkəmə prosesi kifayət qədər çox zəhmət tələb edir və çox vaxt aparır. Eyni zamanda Prokurorluq orqanları vətəndaşların şikayətlərini operativ şəkildə həll etmək imkanına malik olan ümumi nəzarət funksiyası daşımır. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyəti məmurlara qarşı təsir tədbirlərinin məhdudlaşdırılması sayəsində kifayət qədər effektli deyildir. Bununla əlaqədar olaraq, burada vətəndaşların ictimai nəzarəti ilə dövlət nəzarəti funksiyasını uyğunlaşdıran və qeyri hökümət təşkilatları, eləcə də müvafiq icra orqanlarının nümayəndələrindən təşkil olunan orqanın yaradılmasına ehtiyac duyulur. Bu orqan (İctimai Nəzarət Komitəsi) intizam məsuliyyətinə cəlb etməkdən tutmuş öz vəzifələrini vicdansızcaslıqla yerinə yetirən məmurların vəzifələrindən azad edilməsini prezidentdən xahiş etmək məsələsinə qədər səlahiyyətli funksiyalara malik olmalıdır.

Azərbaycan Respublikasının İctimai Nəzarət Komitəsi qanun və qanunverici aktların həyata keçirilməsinin sistemli şəkildə yoxlanışını həyata keçirir, cəmiyyət və dövlətin qanuni maraqlarına xətər yetirən hər bir şeyə qarşı qətiyyətlə çıxış edir və vətəndaşların ictimai işlərə görə məsuliyyət hissinin inkişaf etdirilməsinə səbəb olur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO