Press – reliz ( “Qaynar xətt “)

İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətləri

Press – reliz

İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupunun 2008-ci il may ayından etibarən fəaliyyət göstərən “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətlərinin fəaliyyətinin 1 ili tamam olmuşdur. Qeyd etmək istərdik ki, “İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu” nun 18 aprel 2008-ci il tarixində keçirilən ilk iclasında Qrupun strukturu formalaşdırılmış, ölkədə vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində töhvə verə biləcək “Qaynar Xətt” xidməti və vətəndaşların keyfiyyətli hüquqi məsləhətlər ala biləcəkləri “Hüquqi Məsləhət Mərkəzi” yaradılmışdır.

Birgə İşçi Qrupun “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətləri yaradıldıqdan sonra bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə müxtəlif istiqamətlərdə işlər aparılmışdır. Belə ki, xidmətlər barədə reklam bukletləri hazırlanaraq bütün ölkə ərazisi üzrə vətəndaşlara paylanmış, xidmətlərlə bağlı elanlar davamlı Yeni Musavat və Olaylar qəzetlərində, habelə, “525-ci” qəzetdə dərc edilmiş, metropoliten vaqonlarında və avtobus dayanacaqlarında yerləşdirilmişdir.

“Qaynar Xətt” xidməti çərçivəsində hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlər qəbul edilir. Bu ərizə və şikayətlər ilkin olaraq Qrupun hüquqşunas-ekspertləri tərəfindən baxılır və hüquq pozuntusu müəyyən olunduğu halda vətəndaşın hüquqlarının bərpa edilməsi istiqamətində işlər aparılır. İşlə bağlı müsbət nəticə əldə edilənədək proses nəzarətdə saxlanılır. “Hüquqi Məsləhət Mərkəzi” xidməti çərçivəsində hüquqi məsləhətə ehtiyyacı olan vətəndaşlar keyfiyyətli hüquqi məsləhətlərlə təmin olunurlar. Qeyd edək ki, adı çəkilən xidmətlər tam ödənişsiz həyata keçirilir.

1 illik fəaliyyətimiz ərzində “Qaynar Xətt” xidmətinə və “Hüquqi Məsləhət Mərkəzinə” çoxsaylı müraciətlər daxil olmuşdur. Apardığımız statistik araşdırmalar göstərmişdir ki, son aylarda “Qaynar Xətt” xidmətinə daxil olmuş ərizə və şikayətlər əsasən Bakı Elektrikşəbəkədən, İcra hakimiyyətləri və onların strukturlarına daxil olan qurumlardan, Yol Patrul xidmətinin fəaliyyətindən, İcra hakimiyyəti, Hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi və Məhkəmələr tərəfindən yol verilən hüquq pozuntuları ilə bağlı şikayətlər artmışdır. Daxil olmuş şikayətlərlə bağlı Birgə İşçi Qrupun hüquqşunas-ekspertləri tərəfindən araşdırmalar aparılmış və müvafiq qurumlara müraciətlər ünvanlanmışdır. Bir çox hüquq pozuntuları ilə bağlı ünvanladığımız müraciətlər artıq təmin edilmiş, bəziləri isə hələki baxılmaqdadır.

Daxil olan şikayətlərin qurumlar üzrə faiz göstəriciləri və üstünlük təşkil edən şikayətlər isə aşağıdakı kimidir:

1. Prokurorluq orqanlarından- 1.3% şikayət;
2. Məhkəmə İcraçıları Baş İdarəsindən – 8.3% şikayət;
3. Polis orqanlarından – 8.3% şikayət;
4. Yerli rayon İcra Hakimiyyəti orqanlarından- 51.1% şikayət;
5. Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Bakı Şəhər Ərazi İdarəsindən- 0.9 % şikayət;
6. Dövlət Sosial Müdafiə Fondundan- 2 % şikayət;
7. Məhkəmələrdən- 8.6 % şikayət;
8. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi – 0.9 % şikayət;
9. “Bakı elektrikşəbəkə”- 4.8 %şikayət;
10. ”Sumqayıt elektrikşəbəkə”- 0.4 % şikayət;
11. Digər qurumlardan- 12.7 % şikayət.

Şahin Camalov,
Birgə İşçi Qrupunun
“Qaynar Xətt” xidmətinin rəhbəri

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO