BİQ ekoloji monitorinqin nəticələrini açıqladı

İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu

Nəqliyyat tıxacları, nəqliyyat vasitələrinin tullantıları və yaşıllıqların məhv edilməsinin Bakı şəhərində ekoloji vəziyyətə təsirinin monitorinqinin nəticələri

Son illər Azərbaycan Repsublikası rəhbərliyi tərəfindən avtomobil yollarının abadlaşdırılması ilə bağlı mühüm işlər görülmüşdür. Müasir dünya standartlarına cavab verən çoxlu sayda magistral yollar istismara verilmişdir. Bütün bunlar avtomobil tıxaclarının azalmasına və işlənmiş qazların atmosferə yayılmasının qarşısını almağa müvəffəq olmuşdur. Lakin nəqliyyat vasitələrinin sayının artması və Bakı şəhərinin mərkəzi hissəsində hərəkətin sıxlığı atmosferin işlənmiş qazlardan qorunmasını şübhə altına qoyur.

İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə Birgə İşçi Qrupu bununla bağlı dəfələrlə ictimaiyyətin və dövlət strukturlarının diqqətini Bakı şəhərində insan hüquqlarının qorunması sahəsində əhəmiyyətli istiqamətlərdən biri kimi ekoloji təhlükəsizlik sistemində hökm sürən vəziyyətə yönəltmiş və bu istiqamətdə monitorinqləri davam etdirmişdir.

Aparılmış müşahidələrə əsasən, atmosferə atılan ümumi tullantıların 50%-i Respublikanın avto nəqliyyatının payına düşür və bu göstərici şəhərdə nəqliyyatın sayının artması hesabına çoxalmağa meyllidir. Belə ki, hesablamalarımıza görə, yalnız 2009-cu ildə avtomobil tullantıları 800 000 ton təşkil etmişdir. Bu problem, AR prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə tənqidi qeyd edildiyi kimi, əsasən Bakı şəhərində ağacların kəsilməsi və tikinti üçün torpaq sahələrinin ayrılması sayəsində daha da ağırlaşır.

Birgə İşçi Qrupunun apardığı monitorinq göstərir ki, müvafiq icra hakimiyyəti strukturları nəinki ətaf mühitin qorunması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmir, tam əksinə, və birki və ağacların kəsilməsinə və onların yerində bina və tikililərin tikilməsinə icazə verir.

Atmosferin nəqliyyat vasitələri tərəfindən çirkləndirilməsini azaltmaq məqsədilə aparılan tədqiqatlar göstərir ki, bu problemin həlli kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Hava hövzəsinin nəqliyyat çirklənməsindən qorunması təcili həllə ehtiyacı olan əsas istiqamətlər aşağıdakılardır:

1. Şəhərin hava hövzəsinin avto nəqliyyat çirkləndirməsindən qorunması sahəsində yaranmış problemləri nəzərə almaqla müasir real şəhərsalma təcrübəsinin təkmilləşdirilməsi;
2. Avtomobillərin gətirilməsinə, avtomobilin atmosferi çirkləndirən parametlərin bir hissəsi kimi və onun müəyyən tələblərə cavab verən əmtəə kimi sertifikatlaşdırılmasına aid qanunvericiliyin təkmilləşdirilməsi;
3. Mühərrik yağlarının istehsalı və realizasiyasına aid qanunvericiliyin təmilləşdirilməsi, yağ və onun emalının ekoloji tələblərə cavab verməsi;
4. Qanunvericiliyin avtonəqliyyat sahəsinin atmosferi çirkləndirilməsinin dinamikasına nəzarətin təşkil edilməsinin təkmilləşdirilməsi.

Qanunvericiliyin bu gün təkmilləşdirilməsinin həyata keçirilməsi ancaq avtonəqliyyatın sayının artması şəraitində deyil, həm də ölkə iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsi ilə də nəzərə alınmalıdır. Bu səbəbdən də əsas diqqət təkcə atmosferin avtonəqliyyat çirkləndirməsindən müdafiəsi üçün nəzərdə tutulmuş qanunvericiliyə deyil, həm də bu qanunvericiliyin əhəmiyyətli dərəcədə dəyişdirilməsinə yönəldilməlidir.

Kamil Səlimov,
İnsan hüquqlarına dair Beynəlxalq Standartların
Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO