Nuriyev Əliməmməd – Birgə İşçi Qrupunun üzvü

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Vəkillər Kollegiyasının üzvü olaraq, vəkil kimi fəaliyyət göstərib. Xalq hərəkatının fəallarından olub. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdiri vəzifəsində çalışıb, daha sonra bir neçə universitetin hüquq fakültəsində dərs deyib. 90-cı illərin birinci yarısından başlayaraq, QHT-lərin yaradılmasına və fəaliyyət göstərməsi istiqamətində ciddi səylər göstərib.

2001-ci ildə Milli Məclisin deputatı seçilib. Bu dövrdə bir çox beynəlxalq konfranslarda iştirak etməklə həm Azərbaycanı, həm də ayrı-ayrı QHT-ləri təmsil edib. 2003-cü ildə “Konstitusiya” Araşdırmalar Fondunun yaradılmasında iştirak edib və hazırda bu QHT-nin prezidentidir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvüdür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO