Mətbuat üçün məlumat

“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu”-nun “Qaynar Xətt” Xidmətinə son aylarda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin əsas magistral yollarda Yol Patrul Xidmətini həyata keçirən qurumlarından daxil olmuş şikayətlərin çoxluğunu nəzərə alaraq “Mərkəzi magistral yollarda Yol Patrul Xidmətinin keçirilməsinin Monitorinqi” layihəsinin icrasına başlayır.

Layihə, yanvar – mart aylarında, müxtəlif zamanlarda Bakı – Astara – Bakı, Bakı- Gəncə – Bakı, Bakı – Xaçmaz – Bakı istiqamətlərində icra olunacaq. Layihədə, özəlliklə, yollarda quraşdırılmış radarların işinin təşkili, səyyar radarların fəaliyyəti, yol patrul xidmətini həyata keçirən Yol Patrul Xidməti əməkdaşlarının “Yol Patrul Xidmətinin Haqqında Təlimat”a uyğun fəaliyyəti monitorinq ediləcək.

“Mərkəzi magistral yollarda Yol Patrul Xidmətinin keçirilməsinin Monitorinqi” layihəsinin icrası “Qaynar Xətt” Xidmətinə (012 408 30 17 və 408 30 27) həvalə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO