Məmmədyarov NATO baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları və gələcək əməkdaşlıq planını müzakirə etmək niyyətindədir. Bu barədə E. Məmmədyarov APA-nın Brüsseldəki müxbirinə eksklüziv açıqlamasında bildirib. “Bütün görüşlərimizdə nizamlanmamış münaqişələr probleminə diqqət yetiririk. Müzakirə edəcəyimiz ikinci məsələ isə fərdi tərəfdaşlıqla bağlı olacaq: bu tərəfdaşlıq hansı səviyyədədir və prosesi sürətləndirmək üçün nə etmək lazımdır”, – deyə nazir vurğulayıb. Azərbaycanın NATO ilə əməkdaşlığın ikinci mərhələsində olduğunu qeyd edən E. Məmmədyarov əməkdaşlığın ümumilikdə uğurla inkişaf etdiyini bildirib: “Ümumilikdə isə görüşdə 2008-ci ilə yekun vurub, 2009-cu ilin planlarını müzakirə edəcəyik”.
Qeyd edək ki, görüş bu gün keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO