BMT-nin baş katibi 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb  BMT-nin baş katibi Pan Ki Mun 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bu il həmçinin İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyinin qeyd olunduğu da vurğulanıb. Baş katib qeyd edib ki, ikinci Dünya Müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan Bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini əks etdirir: “Bu gün də Bəyannamə Birləşmiş Millətlər Təşkilatının bənzəri olmayan ayrılmaz bir hissəsi hesab edilir. Qarşılaşdığımız problemlər Bəyannaməni yaradanların qarşılaşdığı problemlər kimi çətindir. Biz ərzaq çatışmazlığı və qlobal maliyyə böhranı ilə üzləşirik. İnsanların təbiəti amansızcasına istismarı davam etməkdədir. Həddən artıq çox ölkələrdə siyasi təqiblər mövcuddur. Bu ehtiyac və təqiblərdən isə əhalinin ən həssas təbəqələri əziyyət çəkir. Fəlakət, yoxsulluq və ya qeyri-sabitliyin neqativ effektlərindən qurtulan bizim aramızdakı xoşbəxt insanlar başqalarının bu əziyyətə düçar olmalarına göz yummamalıdırlar. Təhqir və etinasızlığın güclənən təsiri tədricən bütün planeti bürüyə bilər”.
Müraciətdə daha sonra qeyd olunub ki, hüquqların pozulması halları bütün dünyanı həmrəyliyə gətirməlidir. Pan Ki Mun bildirib ki, bu İnsan Hüquqları Günündə Bəyannamədə əks edilən hüquqları müdafiə etmək istiqamətində hamının məsuliyyətlə çalışacağına ümid edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO