Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır – Baş katibin xüsusi nümayəndəsi

TrendNews-un NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsla müsahibəsi
Azərbaycan NATO üçün dəyərli tərəfdaşdır – Baş katibin xüsusi nümayəndəsi
– Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” Proqramına dair fəaliyyəti ilə bağlı rəyiniz necədir?

– Azərbaycan Alyansda fəal və çox dəyərli tərəfdaşdır. Azərbaycanın qoşunları Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri çərçivəsində NATO ilə çiyin çiyinə durub və son vaxtlar oradakı Azərbaycan kontingentinin qüvvələri artıb. Azərbaycan müdafiə sektoru və təhlükəsizlik sektoru idarələrində köklü islahatların aparılması üçün NATO və NATO – nun ayrı – ayrı ölkələri ilə genişmiqyaslı əməkdaşlıqda iştirak edir. Bu, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsndə aparılan uzunmüddətli səylərdir. Azərbaycan bu ishalatların bir çox aspektində xeyli irəliləyişə nail olub. Əlbəttə, qarşıda hələ çox iş var. Biz Azərbaycana bu prosesdə yardım göstərməyi davam etdirmək istəyirik və müxtəlif nazirlik və idarələrdən olan azərbaycanlı həmkarlarımızla sıx əlaqədə işləyirik.

– Azərbaycan Silahlı Qüvvələrində islahatları necə qiymətləndirirsiniz? Bu islahatlar NATO standartlarına uyğundurmu? Azərbaycan Silahlı Qüvvələrində bu islahatlar həqiqətən zəruridirmi?

– Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilən islahatlar müasir, səmərəli və şəffaf idarə oluna bilən, eyni zamanda, demokratik nəzarət edilən və hesabat verməli olan Silahlı Qüvvələr və təhlükəsizlik strukturlarının yaradılmasında Azərbaycana yardım edəcək. Bu, zəruri prosedir. Və bu yalnız mənim deyil, həm də Azərbaycan hökumətinin rəyidir. Prezident Əliyev inaqurasiyasında onunla görüşdə bunu aydın izah edib. Müdafiə islahatına gəldikdə, anlamaq vacibdir ki, bu, Silahlı Qüvvələrin sadəcə yenidən təşkilindən daha çox şey tələb edən prosedir. NATO standartlarına çatmaq o demək deyil ki, bölmələrin adını və ya hərbi qulluqçunun silahı necə tutmasını dəyişmək lazımdır. Bu, demokratik institutlar, şəffaf büdcə, səmərəli dövlət və parlament nəzarəti ilə əl- ələ verib getməli olan dərin və daha uzunmüddətli prosedir.

Əvvəllər dediyim kimi, Azərbaycan bəzi sahələrdə xeyli irəliləyişə nail olub. Lakin hələ çox sayda vacib vəzifələri həll etmək lazımdır. Hələ bir çox sahədə NATO standartlarının yerinə yetirilməsi üçün çox şey etmək lazımdır. Lakin əminəm ki, birgə səylərlə gələcəkdə xeyli irəliləyişə nail olacağıq.

– Çoxları hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yaxındır. NATO bu münaqişənin həlli prosesində iştirak etməyi planlaşdırırmı?

– Başqaları kimi NATO da bu münaqişəni yaxın gələcəkdə dinc yolla həll etməkdə maraqlıdır. Belə dinc nizamlama həm Azərbaycan və Ermənistanın, həm də ümumilikdə regionun maraqlarında olub. Lakin biz hazırki vaxtda NATO-nun rolunu görmürük. Biz ATƏT-in Minsk Qrupunun səylərini tam olaraq dəstəkləyir və əvvəlki kimi hesab edirik ki, bu uzanmış münaqişənin həllinin təmin olunması üçün Minsk Qrupu daha səmərəli mexanizmdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO