Sabahdan prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapına başlanacaq


Mərkəzi Seçki Komissiyası (MSK) sabahdan oktyabrın 15-də keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapına başlayacaq.
APA-nın məlumatına görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap olunacaq. Bülletenlərin sayı qanuna müvafiq olaraq ölkə üzrə seçicilərin sayından 3 faiz artıq çap ediləcək: “Bülletenlər çap olunacaq mətbəə xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürüləcək. Artıq bununla bağlı aidiyyəti qurumlara məlumat verilib”.
M. Pənahov bildirib ki, bülletenlərin çapı 8-10 günə yekunlaşacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO