BŞİH rəsmi sorğulara başdansovdu münasibət göstərir

BŞİH rəsmi sorğulara başdansovdu münasibət göstərir

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu özünün əsas vəzifəsi kimi, Azərbaycanda demokratiya quruculuğunun müxtəlif istiqamətlərində Avropa standartlarının təsbitini görür. Beynəlxlaq İşçi Qrupu, ilk növbədə, hökumətin son illər iqtisadi sahədə əldə edilmiş uğurlar sayəsində cəmiyyətin daha vacib olan sosial, iqtisadi və siyasi sahələrdə inkişafının təmini məqsədilə, bu sahədə fəaliyyət göstərən QHT-lərə maliyyə yardımı və onlarla əməldaşlıq etməklə, vətəndaş cəmiyyətinin yaradıcılıq potensialından intensiv şəkildə yararlanmaya yönəlik siyasət yürütdüyünü qeyd edir. Bu fəaliyyət son nəticədə hakimiyyət orqanlarının xalqın qarşısında məsuliyyətini artırır ki, bu da düzgün şəffaf və ədalətli seçkilərin keçirilməsi və bu prosesdə maraqlı olan bütün yerli və beynəlxalq təşkilatların və ekspertlərin iştirakı üçün real şərait yaradır. Sözügedən prosesin effektiv şəkildə həyata keçirilməsi məqsədilə, Birgə İşçi Qrupu, iki dəfə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli Qanununun icrası vəziyyətinin öyrənilməsinə dair birgə monitorinqin keçirilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, həmin qurumdan hələ də əsaslandırılmış cavab ala bilməyib. Beynəlxalq İşçi Qrupu hökumət nümayəndələri ilə, o cümlədən yüksək dərəcəli məmurlarla, müxtəlif sahələrdə əməkdaşlıq edir və buna görə də onlara öz razılığını bildirir. Bu arada bəzi laqeyd məmurlar Birgə İşçi Qrupunun müraciətlərinə məhəl qoymur, Azərbaycan ictimaiyyətini daha çox narahat edən məsələrlə bağlı əməkdaşlıqdan boyun qaçırırlar ki, bu kimi hallar da ölkədə demokratiyanın inkişafı məqsədlərinə cavab vermir və süni olaraq əhalinin narazılığına səbəb olur. Birgə İşçi Qrupu “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun icrası vəziyyətinin öyrənilməsinə dair birgə monitorinqin keçirilməsi ilə bağlı cənab H.Abutalıbova bir daha müraciət edir. Eyni zamanda Birgə İşçi Qrupu Azərbaycan Respublikasında düzgün və ədalətli seçkilərin keçirilməsinə, demokratik ənənələrin bərqərar olmasına və inkişafına mane olan bütün məmurların nəzərinə çatdırır ki, ölçü götürülməsi məqsədilə, onların həmin hərəkətləri barədə Azərbaycan Respublikası prezidentini daima məlumatlandıracaq.

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrup

 

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO