Seçki-2008

Seçkilərlə bağlı yazıların sayı artır

“Seçki 2008” QHT Koalisiyası prezident seçkisinin müşahidəsi çərçivəsində KİV-in monitorinqinin 5-ci həftəsini başa vurub.

9-13 sentyabr tarixini əhatə edən monitorinq 9 qəzet, 4 TV və iki internet xəbər saytını əhatə edib.
Koalisiyanın mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, bu həftə prezident seçkisi ilə bağlı monitorinqi aparılan 9 qəzet və iki internet saytında ümumilikdə 202 yazı dərc edilib. Yazılardan 94-ü (46,5 faiz) beynəlxalq müşahidəçilər, seçkiyə nəzarət, seçki maarifləndirməsi, medianın monitorinqi və MSK-nın məlumatları, qərarları barədədir. 52 (25,7 faizi) yazıda isə seçkiləri boykot edən müxalifət və onların vahid birlik yaratmasından bəhs edilir. Prezidentliyə namizədlər İ.Əliyev (14 – lehinə), İ.Ağazadə (5 – lehinə), F.Qəzənfəroğlu (7 – lehinə), Q.Həsənquliyev (6 – lehinə) və H.Hacıyev (4 – lehinə) haqqında 36 yazı (17,8 faiz) verilib.
Namizədliyi qeydə alınmayan M.Güləliyevə 4 (1,9 faiz) yazı həsr olunub. Aparıcı müxalifət partiyalarından biri olan Azərbaycan Demokrat Partiyası və onun lideri S.Cəlaloğlu haqqında (seçkini boykot edənlərlə bağlı) 2 yazı (0,9 faizi) dərc edilib. Hakimiyyətin seçki siyasəti və YAP barədə 9 yazı (4,4 faiz) yazı dərc edilib. Onun yalnız 1-i hakimiyyətin lehinədir. Digər yazılar isə ümumi seçkilər barədədir.
Monitorinq “Azərbaycan”, “İki Sahil”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Azadlıq”, “Novoe Vremya”, “525-ci qəzet”, “Şərq”, “Zerkalo” qəzetlərini tədqiq edir. Oktyabrın sonunadək davam edəcək monitorinq “mediaforum.az” və “lent.az” internet saytlarını, AzTV, İTV, Lider TV və ANS televiziyalarının da əhatə edir. Monitorinqin nəticələri hər həftə Koalisiyanın bülletenində dərc olunur və www.sechki2008.org saytında yerləşdirilir.

LENT.AZ

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO