Məzahir Pənahov: “Bizim insanlar beynəlxalq ekspertlərə daha çox inanır”

Məzahir Pənahov: “Bizim insanlar beynəlxalq ekspertlərə daha çox inanır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün jurnalistlərin suallarını cavablandırıb
Lent.az M.Pənahova ünvanlanmış sualları və MSK sədrinin cavablarını təqdim edir.

– Məzahir müəllim, seçkiyə aid plakatlar əsasən hansı tip yerlərdə yapışdırılacaq?
– Plakatların fərqi var. MSK-nın seçkilərə çağırış plakatları insanların çox olduğu yerlərdən, xüsusilə də vitrinlərdən, dükanlardan, ticarət mərkəzlərindən, super-marketlərdən, avtobus dayancaqlarından asılmalıdır. Bu proses zamanı tarixi binaları korlamamalıyıq. Plakatları elə yerlərdən asmaq lazımdır ki, sonradan onu qoparanda izi qalmasın. O ki, qaldı namizədlərin təşviqat plakatlarına, onlar üçün MSK lövhələr hazırlayıb və bütün məntəqələri bununla təmin edib.
– Seçkini izləmək üçün hansı beynəlxalq təşkilatlar müraciət edib?
– İndiyə qədər ancaq söhbət biz dəvət etdiyimiz qurumlardan gedir. Bunlara ATƏT-in Demokratik Təisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası, MDB-nin nümayəndələri, Rusiya və Ukraynın Mərkəzi Seçki komissiyalarının aiddir. Artıq 40-a yaxın beynəlxalq və 200-ə yaxın yerli müşahidəçini akreditasiyadan keçirmişik. Bu baxımdan problem yoxdur.
– Ötən həftə dörd müxalifət partiyası və bir təşkilat seçkilərin nəticələrinin indidən qeyri-legitim elan etdilər. Sizin buna münasibətiniz necədir?
– Biz seçki keçirməklə məşğuluq. Seçki keçiriləcək və onun nəticələri olacaq. Nəticələr araşdırılacaq və elan ediləcək. MSK protokol tərtib edib Konstitusiya Məhkəməsinə göndərəcək. Daha sonra cənab prezidentin innaqurasiya mərasimi keçiriləcək. Bütün proses bundan ibarətdir. İndi kim hansı sözü danışmaq istəyir danışır. MSK-nın insanların danışmağına məhdudiyyət qoymaq səlahiyyəti yoxdur.
– Qediyyatda olduğu ünvandan qeydiyyatdan çıxaraq cari yaşadığı ərazidə səs vermək üçün müraciət edənlər varmı?
– Belə müraciətlər var. Ancaq bu barədə əlimdə konkert neçə nəfərin müraciət etməsi barədə rəqəm yoxdur. Ümumiyyətlə bu, çox əhəmiyyətli məsələdir və bütün dünya praktikasında geniş yayılmış bir metoddur. Vətəndaş səsvermə günü obyektiv səbəbdən qeydiyyatda olduğu ünvanda olmursa, bu o demək deyil ki, ona səs vermək üçün şərait yaradılmamalıdır. Sentyabrın 20-nə qədər vətəndaşlar dairələrdən qeydiyyatdan çıxma vərəqini götürə bilərlər. Oktyabrın 12-nə qədər isə bunu istənilən Azərbaycan vətəndaşı məntəqə seçki komissiyalarından götürə bilər. Bununla da həmin vətəndaş Azərbaycan ərazisində olan istənilən seçki məntəqəsində səs verə bilər.
– Gələcəkdə bu prosesin daha da sadələşdirilməsi gözlənilrmi? Məsələ burasındadır ki, bəzən vətəndaş qeydiyyatda olduğu yerə gedib qeydiyyatdan çıxma vərəqini götürə bilmir…
– Biz demişik ki, sentyabrın 20-nə qədər vətəndaş hansı dairədə səs vermək istəyirsə məhz ora müraciət edərək qeydiyyatdan çıxma vəsiqəsini ala bilər. Bundan artıq sadələşmə mümkün deyil. Axı indi heç bir yerə getməyə ehtiyac yoxdur, vətəndaş yalnız səs vermək istədiyi dairəyə gedərək ərizə ilə müraciət edir. Dairələrdə həmin ərizə formaları var.
– Bəziləri müxalifətçilərin adlarının seçici siyahılarına salınmadığını iddia edir. Bu barədə nə deyə bilərsiniz?
– Yaxşı olardı ki, siz seçici siyahılarına düşməyən şəxslərin adlarını öyrənib bizə deyəsiniz. Biz siyahıda olmayanların adlarını təqdim edənlərə minnətdar olarıq. Bunu ümumi deməkdənsə adları yazsınlar. Çünki özüm də bilirəm ki, müəyyən Azərbaycan vətəndaşlarının adları seçici siyahısına düşməyib. Bu, dünyanın hər yerində belədir. Mümkün deyil ki, seçicilərin 100 faizi seçici siyahısına daxil olsun. Çünki bu, dinamik bir prosesdir.
– Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio Sizə məktub yazmıhdı. Orada əsasən nə nəzərdə tutulmuşdu?
– Bizim Avropa Şurası Venesiya Komissiyası ilə xüsusi əlaqələrimiz, əməkdaşlığımız var və bu daim davam edir. Bu və ya digər məsələlərdə mən rəsmi olaraq müraciət edirəm, gəlirlər müzakirə aparırıq. Bizim danışığımız var idi, o məndən soruşdu ki, hansı sahədə iştirak etməyimizə ehtiyac var. Mən də bildirmişdim ki, əgər müraciətlərə baxılması ilə bağlı hansısa ekspert lazım olsa – yəni onlar yeri gələndə bizim insanlara fikir bildirsin ki, bu addımlar beynəlxalq tandartlara uyğun aparılır. Çünki bizim insanlar beynəlxalq ekspertlərə daha çox inanırlar, nəinki öz mütəxəssislərimizə. Ona görə də müraciət etmişdim. O da çox sağ olsun ki, mənə məktub yazmşdı. Məktubda bildirmişdi ki, əgər istəsəniz göndərə bilərik. Mən də bildirmişəm ki, göndərin.

Pərvin ABBASOV LENT.AZ

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO