AVCİYA nümayəndələri ATƏT rəsmiləri ilə görüşüblər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Prezident Seçkilərinin Müşahidə Missiyası ilə görüş keçiriblər.

Assosiasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AVCİYA tərəfdən görüşdə assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyov, ATƏT/DTİHB-dən isə Missiyanın rəhbəri, Səfir Boris Frlets, missiyanın hüquq üzrə təhlilçisi Fransin Beri və seçkilər üzrə təhlilçi Rumen Maleyev iştirak ediblər. Boris Frlets missiyanın məqsəd və vəzifələrindən danışarkən qeyd etib ki, missiyanı seçkidə kimin qalib gələcəyi məsələsi maraqlandırmır. Onlar ancaq seçki prosesinin ATƏT-in prinsiplərinə uyğun keçirilməsinə nəzarət edəcəklər. Səfir Azərbaycanın şəffaf və demokratik seçkilər keçirmək üçün yaxşı qanunvericilik bazasına malik olduğunu qeyd edib.
AVCİYA-nın seçkidə görəcəyi işlərlə maraqlanan Səfir rayon və kəndlərdəki müşahidəçilərin yerli olduqlarını, yoxsa başqa rayonlardan göndəriləcəyi ilə maraqlanıb. Görüşdə AVCİYA-nın təmsilçisi bildirib ki, müşahidəçilər adəti üzrə öz yaşadıqları ərazidə müşahidə aparırlar
AVCİYA rəsmilərinin digər görüşü ATƏT-in Bakı ofisində baş tutub. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı təşkilatın məsul işçiləri Juliane Markard – Narten və Məryəm Hacı – İsmayılova ilə görüşüb. M.Zülfüqarlı qarşıdan gələn prezident seçkiləri ilə bağlı assosiasiyanın gördüyü işlər barədə məlumat verib. O, həmçinin AVCİYA–nın respublika üzrə seçkilərin müşahidəsinin təşkili və “exit- poll”, “quick-count” tədqiqatı ilə bağlı görülən işlərlə də ATƏT rəsmilərini tanış edib. Juliane Markard – Narten ATƏT–in Bakı ofisinin prezident seçkiləri ilə baglı gördüyü işlər barədə ətraflı məlumat verərək, seçki maarifçiliyi və seçkilərin monitorinqi ilə bağlı AVCİYA Seçki Qərərgahı ilə əməkdaşliğa hazır olduqlarını bildirib. Görüşün sonunda hər iki təşkilatın seçkilərlə bağlı nəşr etdiyı kitablar iştirakçılara hədiyyə edilib.

Pərvin ABBASOV LENT.AZ

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO